Qızını baltalayan atanın cinayət səbəbi - TƏFƏRRÜAT

Qızını baltalayan atanın cinayət səbəbi - TƏFƏRRÜAT
14:38 11.08.2011
1633
Rayonun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ağcabədi şəhərinin yeni məhəllələrindən olan Qarabağ küçəsində yaşayan 1963-cü il təvəllüdlü Süleymanov Abış Salman oğlu qızı, 1992-ci ildə anadan olmuş Pərvanəni baltalayaraq öldürüb. Məlumata görə, P.Süleymanova iyunun 25-də evdən qaçaraq Bakı şəhərinə gəlib. Atası qızının qaçırılması ilə bağlı dərhal polisə müraciət edib, 19 yaşlı qız itkin düşmüş şəxs qismində axtarışa verilib. Nəhayət avqustun əvvəllərində hüquq-mühafizə orqanları qızın Bakıdakı yerini müəyyənləşdirə bilib və avqustun 10-da onu tutaraq Ağcabədiyə - ata evinə gətirib.

Lakin evdən qaçmış qız evdə özünü heç də rahat hiss etməyib və atası ilə mübahisə edib. Nəticədə qəzəblənən ata balta ilə onun başına bir neçə zərbə endirib. P.Süleymanova xəstəxanaya aparılsa da, orada ölüb.

Hadisədən dərhal sonra A.Süleymanov Polis Şöbəsinə gəlib və törətdiyi əməl barəsində məlumat verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

//lent.az

 

OXŞAR XƏBƏRLƏR