"Qəbələ stadionunda itlərin səsi azarkeşlərdən çox gəlirdi"

İDMAN
19:35 16.12.2010
2647

 

Adamsın səsləndirdiyi bu fikirlər Britaniya mətbuatında böyük marağa səbəb olub: “Qəbələdə ilk oyun günündə maraqlı hadisə ilə üzləşdim. Stadion ətrafında olan itlərin səsi azarkeşlərdən çox gəlirdi. Təhlükəsizlik xidmətinin əməkdaşları itləri sakitləşdirməyə cəhd etsələr də, buna nail ola bilmirdilər. Həmin itlər onların üzərinə hücum edərək hürməyə davam edirdilər. Bir dəfə isə məşq meydançasının içərisindən bir inəyin keçdiyini gördüm. O da həmçinin itlər kimi səs-küy eləməklə yadda qaldı. Daha sonra meydançada məşq edərkən yerdə böyük bir çıxıntının olduğunu gördüm. Əlbəttə ki, bunu görməyimdə işaqlandırma sisteminin də böyük rolu var idi. Mən artıq belə hadisələrə uyğunlaşmışam. Azərbaycandakı belə həyatı anlamaq mümkün deyil”.

Xatırladaq ki, Toni Adams futbolçu karyerası ərzində “Arsenal” klubunda forma geyinib. Məşqçilik karyerası ərzində isə “Portsmut” klubunu çalışdırıb./// anspress

OXŞAR XƏBƏRLƏR