Qabil Hüseynli: “Donald Tuskun Bakıya səfəri Avropanın Azərbaycanla münasibətlərə önəm verməsinin göstəricisidir”

SİYASƏT
18:12 23.07.2015
1019

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri ikitərəfli əməkdaşlığın inkişafı baxımından yüksək qiymətləndirilir.

D.Tusk Bakıda bir sıra mühüm fikirlər səsləndirərək, Avropa İttifaqının Azərbaycanla münasibətlərə ciddi əhəmiyyət verdiyini diqqətə çatdırıb:
“Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik”.
Avropa İttifaqı Şurası prezidentinin bu fikirlərini Gün.Az-a şərh edən politoloq Qabil Hüseynli onun Bakıya səfərini ikitərəfli əlaqələrdə yeni mərhələ kimi qiymətləndirib:
“Ümumiyyətlə, son dövrlərdəki müəyyən soyuqluqdan sonra Donald Tuskun Bakıya gəlişi Avropa İttifaqının Azərbaycanla münasibətlərə önəm verməsinin göstəricisi sayıla bilər.
Tusk Bakıda da açıq surətdə bəyan elədi ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm əhəmiyyət daşıyan vacib ölkədir.
Eyni zamanda, hesab edirəm ki, Bakıda apardığı müzakirələrdən sonra Tusk Avropa İttifaqının Azərbaycanla davranışlarında diqtə mövqeyindən çıxış etməyin yolverilməzliyini də görə bildi.
Bütün hallarda aydındır ki, Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini başa düşür və bundan sonra münasibətlərdə problem yaradacaq yanaşmalardan imtina etməyə hazırdır”.
OXŞAR XƏBƏRLƏR