Qabil Məmmədov, Qurban Məmmədov, Məhəmməd Mirzəli və digərləri barəsində həbs qərarı verildi

Qabil Məmmədov, Qurban Məmmədov, Məhəmməd Mirzəli və digərləri barəsində həbs qərarı verildi
SİYASƏT
12:27 03.06.2025
691
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev və Qurban Məmmədov barəsində təqdimatlara baxılıb.

AZXEBER.COM "APA”ya istinadən xəbər verir ki, Baş Prokurorluğun təqidmatlarına Binəqədi rayon Məhkəməsində baxılıb, məhkəmə təqdimatları təmin edib. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.
OXŞAR XƏBƏRLƏR