"Fiorentina"nın əfsanəsi Qabriel Batistuta sentyabrın 29-da Avropa Liqasının "Qarabağ"la oyununu stadiondan izləyəcək.
"Batiqol" ləqəbli futbolçuya Florensiya şəhərinin fəxri vətəndaşlığı veriləcək.
Tədbir "Qarabağ"la matçdan əvvəl Artemio Franki adına stadionda keçiriləcək.
Xatırladaq ki, argentinalı hücumçu 1991-2000-ci illərdə "Fiorentina"nın formasını geyinib. O bu komandada 269 oyunda 168 qol vurub. Qabriel Batistuta Argentina millisinin heyətində 54 dəfə fərqlənib.
///Qaynarinfo.Az