Meşədən qaçan meymun Şotlandiya dağlıq ərazilərini skan edən dron tərəfindən vəhşi təbiətdə görüntülənib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Şotlandiyanın İnvernes şəhəri yaxınlığındakı Haylənd Vəhşi Təbiət Parkından qaçan makaka meymununu mütəxəssislər diqqətlə izləyir.
Yeni dron görüntüləri meymunun Şotlandiya dağlıq ərazilərinə qaçdığını üzə çıxarıb.
Meymun Avropanın nəsli kəsilməkdə olan növlər proqramı çərçivəsində xüsusi ərazidə saxlanılır.
Meymunla təmasda olan cütlük Karl Naql və Tiina Salzberq meymunun Şotlandiyada dolaşarkən hirsləndiyini və macəraya hazır olduğunu bildiriblər.
Mikayıl