Qaçqın şəhərciyində yanğın: 5 nəfər tüstüdən zəhərləndi

Qaçqın şəhərciyində yanğın: 5 nəfər tüstüdən zəhərləndi
SOSİAL
10:49 12.12.2017
906
Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.
 
Hadisə 9 saylı doqquzmərtəbəli binada qeydə alınıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Daha üç "təcili yardım" maşını hadisə yerinə göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
 
///Report
 

OXŞAR XƏBƏRLƏR