Qadınların 30%-i həyat yoldaşlarından daha çox pul qazanırlar

MARAQLI
20:22 26.11.2010
1951

 

Araşdırmalar göstərir ki, çalışan qadın çalışmayana nisbətən evdə daha çox söz demək haqqına sahib olduğunu düşünür. Bu vəziyyətin uşaqlara da təsir edərək, melanxolik uşaqlarda arzuolunmaz nəticə ilə sonlana bilərlərlə bitir. Məsələn, işləməyi - yemək hazırlamağı, ev təmizləməyi- bu vəziyyəti normal qarşılamayan oğlan sonralar özünə sosial çevrə axtaran, işləmək istəyən həyat yoldaşı ilə də problemlər yaşayacaq və övladlarını da bu şəkildə böyüdəcək.

Ancaq qadınların kişilərdən daha çox qazanması ailə münasibətlərinə neqativ təsir göstərir. Bu isə onunla əlaqədardır ki, kişi daha çox evdə olmağa, hətta uşaqlara baxmağa və gününü bu cür keçirməyə məcbur olur. Təbii ki, bu, kişilər üçün asan qəbul ediləcək vəziyyət deyil. Öz xanımının bu qədər sərbəstləşməsi zamanla həyat yoldaşı tərəfindən mənfi qarşılanır və problemlər yaratmağa başlayır.
Əlbəttə ki, bu vəziyyətə qadınların tərəfindən də baxmaq lazımdır. Çox pul qazanmağa başlayan qadın özü də hiss etmədən yoldaşını əzməyə başlayır və bütün bunlar ilk növbədə uşaqların psixologiyasına təsir göstərir. Evin əsas ehtiyaclarını qadın qarşıladıqda uşaqların ataya olan inamı sarsılır.

Əsas odur ki, hər şeyi öz miqdarında etməyi bacarasan. Təbii ki, evdə oturun, yemək bişirin, ev təmizləyin, uşaqlarınızı böyüdün, heç bir sosial həyatınız olmasın demirik. Çalışın, bacarın... Ancaq bunları edərkən öhdəliklərinizdən qaçmayın. Həyat yoldaşınızı hər zaman qiymətləndirin. Onun uğurları il qürur duymağı bacarın. Anlayın ki, əsas olan kimin çox qazanması deyil, əsas olan birlikdə işləyib, uğurlarınızı bölüşməyinizdir...

 

OXŞAR XƏBƏRLƏR