“Qadağa yalnız kağız üzərində qalmamalıdır” – Elektron siqaretlərə kim nəzarət edir?

“Qadağa yalnız kağız üzərində qalmamalıdır” – Elektron siqaretlərə kim nəzarət edir?
SOSİAL
12:57 16.09.2026
731

Məlum olduğu kimi, Azərbaycanda elektron siqaretlərin istifadəsi ilə bağlı qanunvericilikdə qadağa və məhdudiyyətlər nəzərdə tutulub.

Buna baxmayaraq, bu məhsullardan istifadə hallarının qarşısının alınması və qanunun icrasına nəzarət məsələsi hələ də gündəmdədir.

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkildiyi iddia olunan görüntülərdə məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi görünür.

Elektron siqaretlərin istifadəsinə qadağa qoyulmasına baxmayaraq, belə halların davam etməsi qanunun icrası və nəzarət mexanizmləri ilə bağlı suallar yaradır.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov bildirib ki, belə halların davam etməsi daha çox qanunun icrasına nəzarətin effektivliyi ilə bağlıdır:

"Fikrimcə, elektron siqaretlərin istifadəsinə qanunla qadağa qoyulduğu halda onların küçələrdə və digər ictimai yerlərdə açıq şəkildə istifadə edilməsinin davam etməsi ilk növbədə qanunun özündən deyil, onun icrasına nəzarətin nə dərəcədə effektiv təşkil olunmasından xəbər verir. Qanunvericilikdə bu məsələ kifayət qədər aydın şəkildə tənzimlənib. Belə ki, "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1-ci maddəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağandır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212-1.1-ci maddəsində qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaretdən istifadəyə görə fiziki şəxslər üçün 30 manat məbləğində inzibati cərimə nəzərdə tutulub. Bu baxımdan, belə halların hələ də davam etməsi hüquqi boşluğun olmasını deyil, daha çox nəzarətin yetərli səviyyədə həyata keçirilməməsini göstərir”.


Vəkil qeyd edib ki, qanunun işlək olması üçün yalnız qadağanın müəyyənləşdirilməsi kifayət etmir:

"Qanunun işlək olması üçün sadəcə qadağanın qanun mətnində yazılması kifayət etmir. Hüquqpozma aşkar edilməli, həmin şəxs müəyyən olunmalı və nəzərdə tutulan məsuliyyət real şəkildə tətbiq edilməlidir. Əks halda, cəmiyyətdə belə bir fikir formalaşa bilər ki, qadağa yalnız kağız üzərində mövcuddur və onun pozulmasının real hüquqi nəticəsi yoxdur. Bu isə istənilən inzibati qadağanın çəkindirici təsirini zəiflədir”.

Roman Qaraşov bildirib ki, elektron siqaretlərin istifadəsinə nəzarət müxtəlif səlahiyyətli dövlət qurumları tərəfindən həyata keçirilir: 

"İnzibati Xətalar Məcəlləsinin 212-1.1-ci maddəsi üzrə işlərə baxmaq səlahiyyəti, əsasən, daxili işlər orqanlarının müvafiq vəzifəli şəxslərinə verilib. Şəhər və rayon polis idarə və şöbələrinin, eləcə də ərazi polis bölmələrinin əməkdaşları belə hüquqpozma hallarını aşkar etdikdə qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati icraat başlada bilərlər. Metropolitendə, taksi nəqliyyatında, müntəzəm avtobuslarda, hava, dəmir yolu, dəniz və digər nəqliyyat vasitələrində isə nəzarət və inzibati məsuliyyət məsələləri həmin sahə üzrə səlahiyyətli qurumlar tərəfindən həyata keçirilir”.

Vəkil nəzarət mexanizminin necə işlədiyini də açıqlayıb:

"Mexanizm mahiyyət etibarilə belədir: hüquqpozma faktı aşkar olunur, şəxsin kimliyi və hadisənin halları müəyyənləşdirilir, müvafiq inzibati sənədləşmə aparılır və qanunda nəzərdə tutulan cərimə tətbiq edilir. Burada əsas məsələ cərimənin 30 manat olub-olmaması deyil, həmin məsuliyyətin qaçılmazlığının təmin edilməsidir. Əgər insanlar görürlərsə ki, qadağan edilmiş hərəkətə görə faktiki olaraq heç bir reaksiya verilmir, bu, qanunun nüfuzuna da mənfi təsir göstərir. Ona görə problemin həlli üçün həm polis və digər səlahiyyətli qurumların nəzarəti daha ardıcıl olmalı, həm də aşkar edilən hallar üzrə inzibati məsuliyyət mexanizmi real və sistemli şəkildə tətbiq edilməlidir”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Haber Global": 44 gündə yazılan dastan - Video
22:58 07.11.2026
"Haber Global": 44 gündə yazılan dastan - Video
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
22:52 07.11.2026
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
22:41 07.11.2026
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb