Qadağan edildi, amma yenə satılır - "50 manata "Chanel" alan bilmir ki..."

SOSİAL
12:49 12.06.2024
1041
Bir müddət öncə Azərbaycana xaricdən, xüsusən də Çindən idxal edilən, alıcılara "brend" adla təqdim olunan kontrafakt malların gətirilməsi qadağan edilmişdi.

Hələ ötən ilin sentyabr ayında Dövlət Gömrük Komitəsi (DGK) bu barədə ictimaiyyətə geniş məlumat yaymış, karqo şirkətləri isə müştərilərinə bu haqda məlumatlar göndərmişdi. 

Həmin göstərişdən aylar keçməsinə baxmayaraq hələ də ölkəmizdə "saxta brend" məhsullarının alışı və satışı müşahidə olunur. Xüsusən də "İnstagram” və "Tik-tok” sosial şəbəkələrində "Armani”, "Gucci”, "Lacoste”, "The North Face” kimi bir çox məşhur brendlərin məhsullarının satıcılar tərəfindən minimum 10 manatdan satışa çıxarıldığını görmək mümkündür. 

Bəs, "brend" adı altında satılan "poddelka" malların ölkəmizə gətirilməsinin qarşısı alınması istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə əlaqədar AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli tətbiq olunan bu qərarın dəyişdirilməli olduğunu deyib:

 

"Zənnimcə, Çindən idxal edilən kontrafakt məhsulların Azərbaycana gətirilməsinin qadağan olunması çox mənasız qərardır. Dünyanın hər yerində kontrafakt məhsullar satılır. Misal üçün, İtaliyada, İspaniyada, dünyanın ən irəli gedən ölkələrində və s.  Bu ölkələrdəki brendlərin saxta mallarını Çində istehsal edib satırlar. Bundan bizim hansı şirkətimizə ziyan dəyir ki? İçində eyni adlı məhsul və ya ona oxşar məhsul gətirib ölkədə satanları hansı daxili problem gözləyir? Bu, sadəcə kiçik və orta sahibkarlara əlavə yükdür. Həmin şəxslərə problem yaranır, cərimələnirlər. Bunun heç bir mənası və iqtisadiyyata təsiri belə yoxdur. Öna görə də düşünürəm ki, bu məsələdə daha yumşaq davranmaq lazımdır. Mən dünyanın 50-dən çox ölkəsində olmuşam. Dünyada elə ölkə yoxdur ki, küçədə saxta mal satılan yer olmasın və ya belə adam görməyim. Bizim və ümumilikdə azərbaycanlıların ən çox getdiyi ölkə məhz Türkiyədir. Bu ölkənin yeraltı keçidlərindən tutmuş, küçələrində satılan saxta məhsullara qədər hər yerdə bu cür mallar satılır. Türkiyə ilə əlaqəli insanlar bunu görmürlərmi? Görürlər. Az qazananlar üçün, kiçik və orta sahibkarlar üçün şərait yaradırlar. Ümumən, bu məsələyə bizim ölkədə bu qədər ciddi yanaşılmasını anlaya bilmirəm".

Ekspert əlavə edib ki, qərar verilməsinə baxmayaraq yumşaq siyasət yeridilməsinin iki səbəbi ola bilər:

"Ya korrupsiya var, ya da bir az yumşaq siyasət yürüdülür. Çünki minlərlə insan bu sahədən dolanır. Onların da çörəyinə bais olmaq olmaz. Orijinal mal "poddelka" adlandırdığımız maldan 10-15 dəfə bahadır. Əlbəttə ki, insanlar daha ucuz mala yönəlirlər. Bu təkcə bizim ölkədəki problem deyil, qlobaldır".

N.Cəfərli hesab edir ki, ölkədə yerli istehsala fikir verilməlidir:

"Bu məsələlərə dair qanunvericilikdə olan dəyişikliklər ertələnməlidir. Mən demirəm ki, ölkədə kontrafakt məhsullarla bağlı mübarizə aparılmasın. Əsasən, yerli istehsala fikir verilməlidir. Yerli istehsalın saxtasının qarşısı alınmalıdır. Amma digər məsələlərlə bağlı cərimələr və sərt tənzimləmələr ən azı 5 il təxirə salınmalıdır. Tutaq ki, Azərbaycanda "Chanel" markasının saxta çantası satılır. Bunu bizim dövlət orqanları aşkarlayır və insanları cərimələyir. Bunun "Chanel"ə heç bir aidiyyatı yoxdur. Bu marka bizdən nəsə tələb edir? Bir sözlə, insanlara işləmək üçün şərait yaradılmalıdır. Əgər bu qanunu hərfi mənada tətbiq etsələr, Sədərək, Binə və böyük ticarət mərkəzlərinin hamısı bağlanmalıdır".

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri, ekspert Eyyub Hüseynov təkcə saxta geyimlərin deyil bir çox sahələrdə saxta məhsulların ölkəyə gətirildiyini bildirib:

 

"Mən may ayında altı dövlət orqanına, o cümlədən Dövlət Gömrük Komitəsinin (DGK) sədrinə rəsmi məktub göndərmişəm. Bazarın bir seqmentində olan və istehlakçıların həyatına çox təhlükə yaradan estetik cihazlar barədə açıqlama vermişəm, mənbələr göstərmişəm ki, Azərbaycanda bir çox sahədə saxta məhsulların gətirilməsi birbaşa vətəndaşın zərər çəkməsinə səbəb olur”. 

Ekspertin sözlərinə görə, estetik cihazlar sahəsində böyük problemlər var. İnsanlar bu cihazlarla estetik əməliyyatlar olunurlar. Amma cihazların bir çoxu dünyaca məşhur brendlərin saxta adları ilə bazara çıxarılır: "Üstəlik, bu cihazları gətirən böyük bir qrup həmin cihazların içərisinə çip yerləşdirir və bu çiplə kreditə satdığı malları istədiyi vaxt deaktiv edir. Ümumilikdə, kontrafakt geyimlərin, cihazların gətirilməsi nəzarətdə saxlanılmalıdır”. 

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb