Qadın 17 il hamilə olduğunu iddia edərək sosial yardım aldı

Qadın 17 il hamilə olduğunu iddia edərək sosial yardım aldı
DÜNYA
16:01 20.02.2024
174
İtaliyada görənləri təəccübləndirən dələduzluq hadisəsi baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İtaliyada 55 yaşlı Barbara Loele adlı qadın 17 il hamiləliyini saxtalaşdıraraq dövlətdən sosial yardım alıb.

Qadının 2000-ci ildən bu işlə məşğul olduğu məlum olub.

Barbara Loele adlı 55 yaşlı qadın saxta hamiləliyi səbəbilə 24 ildir işindən məzuniyyət götürüb. Bu icazələrin təxminən 17 ili hamiləlik bəhanəsi ilə alınıb.

Loele hamiləlik dövründə dövlətdən də 94 min avro dəstək alıb.

Qadının iddia etdiyi 17 hamiləlikdən yalnız beşinin baş verdiyi müəyyən edilib.

Gülay
OXŞAR XƏBƏRLƏR