"Qadın açıq-saçıq geyinirsə, mütləq kimdənsə təklif gözləyir"
ŞOU-BİZNES
13:24 22.11.2011
7794
Azərbaycanlı teleaparıcı İlahə Nizamiqızı ədəbsiz təkliflər aldığını etiraf edib. O, day.az-a müsahibəsində bunun müəyyən qədər açıq-saçıq geyimlər geyməsilə əlaqəli olduğunu da söyləyib.“Hər şey insanın özündən asılıdır. Belə təkliflər olur. Rədd cavabı aldıqda isə onda niyə belə geyindiyimi soruşurlar. Nədənsə bəzi kişilər hesab edirlər ki, qadın açıq-saçıq geyinirsə, mütləq kimdənsə təklif gözləyir. Amma bu, belə deyil”, – deyə İ.Nizamiqızı bildirib.Teleaparıcı zəngin kişilərdən avtomobil, mənzil təklifləri də aldığını, lakin hamısını rədd etdiyini söyləyib: “İmkanlı kişilər qadını əldə etmək üçün hər şeyə hazırdırlar”.