Türkiyəli qadının keçmiş əri və yeni sevgilisi birləşib onu narahat edən keçmiş sevgilisini öldürüb
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Emine Tunç adlı qadın 5 il evli olduğu ərindən ayrılıb. Ərindən ayrılan qadın Serdar Ağırağaçla eşq yaşamaya başlayıb. Daha sonra ondan da ayrılan qadın sosial şəbəkə üzərindən tanış olduğu Nihat Yıldırımla sevgili olub.
Ayrılığı qəbul etməyən Serdar qadını "Geri dön, yoxsa uşaqlarını öldürərəm” deyə təhdid edib. Uşaqlarına zərər gəlməsindən qorxan qadın bu hadisəni keçmiş ərinə və yeni sevgilisinə danışıb. Nəticədə onlar Serdar Ağırağaçı tapıb, öncə döyüb, sonra da meyitini boş sahəyə atıblar.
Məsələ ilə bağlı 7 nəfər həbs olunub.
Leyla Rəhimli

