Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində dörd uşaq evdə ac qalıb.
AZXEBER.COM oxu.az-a istinadla xəbər verir ki, 30 yaşlı qadın üç gün övladlarını evdə ac qoyaraq, tanışının yanına gedib.
Yeddi-on iki yaş arası uşaqlar ərazidə reyd zamanı polislər tərəfindən aşkar edilərək xəstəxanaya yerləşdiriliblər. Antisanitariya vəziyyətində, yemək olmayan evdə yaşayan uşaqlara parazit xəstəliyi diaqnozu qoyulub.
Polislər uşaqların anasını dostunun bağ evində tapıblar.