Qadın ərini dəmir dəyənəklə öldürdü

Qadın ərini dəmir dəyənəklə öldürdü
DÜNYA
03:20 11.07.2024
277
Ailədaxili mübahisə zamanı qadın ərinin başına dəmir dəyənəklə zərbə endirib və kişi hadisə yerində dünyasını dəyişib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Denizli bölgəsində baş verib.
 
Əldə edilən məlumata görə, 44 yaşlı Murat Kutludağ ilə 42 yaşlı həyat yoldaşı Ayşe Kutludağ arasında naməlum səbəbdən mübahisə düşüb.
 
Ərlə arvadın davasını ayırmaq istəyən evin böyük uşağı F.K. aldığı bıçaq zərbəsi ilə qolundan yüngül xəsarət alıb.

Oğlunun xəsarət aldığını görən ana əsəbiləşərək ərinin başına dəmir dəyənəklə zərbə endirib. Qanlar içində olan Murat Kutludağ hadisə yerində həyatını itirib.
 
Ərinin ölümünə səbəb olan qadın polis qrupları tərəfindən saxlanılıb.
 
Qeyd edək ki, cütlüyün 2-si qız olmaqla 3 övladı olub.
 
Oksana
OXŞAR XƏBƏRLƏR