Qadın ərini sekslə məğul olmadığına görə məhkəməyə verdi

MARAQLI
13:38 06.09.2011
2548

Məhkəmə Fransa sakinini ər-arvad vəzifəsini yerinə yetirmədiyinə görə 9 min avro cəzalandırıb. Müvafiq iddia ilə məhkəməyə kişinin arvadı müraciət edib və o, 51 yaşlı ərini son bir neçə ildə şəhvani həzdən onu məhrum etməkdə suçlayıb. İttiham olunanın vəkili bildirib ki, onlar 21 ildən artıqdır nikahda olub və birlikdə iki uşağı tərbiyyə edib.

Vəkilin sözlərinə görə, ər həyat yoldaşından bu cür ittihamı heç gözləmirmiş. «Sekslə məşğul olmağa kişinin sağlamlığı imkan vermir. Qadının bundan məlumatı olub»,- vəkil bildirib. Bütün bu arqumentlərə baxmayaraq qanun qadının tərəfində olub. Fransanın mülki və cinayət məcəllələrində göstərilir ki, nikahda olan hər iki tərəf bir-birinin istəyinə hörmətlə yanaşmalı və müntəzəm seksual əlaqədə olmalıdır. Mütəxəssislər qeyd edirlər ki, nikahda olanlar arasında seksin azlığı çox vaxt boşanmaya səbəb olur. Araşdırmalar göstərir ki, müntəzəm intim əlaqənin olmamasından ailələrin 76 faizi əziyyət çəkir. Bunu etiraf edənlərin yarısı bildirib ki, sadəcə onların sekslə məşğul olmağa «həvəsləri» olmur. Fransızların üçdə birindən çoxu intim əlaqədən qaçmaq üçün baş ağrılarını, yorğunluqlarını və qonşu otaqlarda uşaqların olduğunu bəhanə gətirirlər. Bu metoddan hər altı fransız kişidən biri istifadə edir. Oxşar vəziyyət yalnız Fransada müşahidə olunmur. Statistikaya görə, Rusiyada boşanmaların üçdə birinə ər-arvad arasında intim əlaqənin zəifləməsi səbəb olur. Amerikalı psixoloqlar ailəni qorumaq və onda münasibətlərin normal halda saxlanılması üçün tez-tez quçaqlaşmanı və öpüşməni məsləhət görür.

OXŞAR XƏBƏRLƏR