Qadın güləşçilərimiz Paris Qran Prisində iştirak edəcəklər

İDMAN
16:21 07.02.2014
1028

Fevralın 8-9-da Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edəcək.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Fransaya yollanıb. Heyətdə Mariya Stadnik, Yuliya Ratkeviç və Səbirə Əliyeva yer alıblar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR