Qadın hakim həbsxanada zorlandı

DÜNYA
17:27 28.11.2012
2927
Venesueala prezidenti Uqo Çavesin "bandit" adlandırıb 30 il müddətinə həbs edilməsini istədiyi qadın hakim Mariya Lurdes Afuninin satışa çıxmış kitabı ölkəni qarışdırıb.
Hazırda ev dustağı olan və 3 ildən bəri məhkəmə prosesini gözləyən 49 yaşlı Afuni istintaq zamanı paytaxt Karakas həbsxanasında nəzarətçilər tərəfindən dəfələrlə zorlanlığını yazıb.
Sabiq hakimin iddialarını vəkili Telma Fernandes də təsdiqləyib.
Həbsxananın rəhbərliyi isə bu iddiaların "Çaves hakimiyyətini pisləməyə yönəlmiş şayiələr" olduğunu vurğulayıb. (milli.az)

OXŞAR XƏBƏRLƏR