Qadın müəllim şagirdinə təcavüz etdi

DÜNYA
11:47 28.03.2016
4647
Türkiyənin paytaxtı Ankarada 14 yaşlı qız qadın müəllimi tərəfindən cinsi istismara məruz qalıb.
H.K.Y. adlı qadın müəllim 14 yaşlı qız şagirdinə çılpaq şəkil və videolarını göndərib. Məsələ qızın anasının onun telefonunu yoxlaması nəticəsində ortaya çıxıb. Telefonda qızının riyaziyyat müəlliminin çılpaq şəkil və videolarını görən ana məhkəməyə müraciət edib.
Şagird olanların öz istəyi ilə baş verdiyini söyləyib. O, müəllimdən şikayət etməsə də, məhkəmədə qızın anası tərəfindən müəllimə 45 illik həbs cəzası istənilib.
Mətbuatın yazdığına görə, təcavüz hadisəsi ortaya çıxandan sonra müəllimə intihara cəhd edib. Hazırda Ankarada psixiatriya xəstəxanasında müalicə alır.
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR