Qadın narkokuryer saxlanıldı - Foto

Qadın narkokuryer saxlanıldı - Foto
KRİMİNAL
10:10 23.08.2024
886
Ağsu Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib ki, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR