Qadın Obrazının Altına Basdırılan Minalar - "Məhsəti" filmi nəyə hesablanıb?

Qadın Obrazının Altına Basdırılan Minalar - "Məhsəti" filmi nəyə hesablanıb?
SİYASƏT
16:38 05.12.2025
301
Əfsələddin Ağalarov
 
Azərbaycan qadını obrazı qətidir, dəyişməzdir.

"Azıx” mağarasında odu qoruyan da odur, dünya üstünə gəlsə belə ailəsinin dəyərlərini qoruyan da.

Evdə axşama lobya doğrayıb yemək hazırlayan qadının çox vaxt öz adı yoxdur - telefon kitabçasında "Ev”, bəzən "Uşaqların anası” kimi keçir. "Canım”, "Ürəyim” sözləri ancaq hansısa filmdə epizodik obrazın telefon kitabçasında görünə bilər. Real həyatda isə həqiqət çox sərtdir.

O, müharibəyə getməsə də, üstündən barıt qoxusu gələr.

Əlində silah tutmasa da, cəbhədə çəkilən hər tətikdə ürəyi əsər.

Güllə yarası almaz, amma ürəyinin qaysağı üzünü qırışdırar, saçına dən salar.

Səngərdə sürünməz, amma ayaqlarının altında sərilən cənnəti sevdiklərinə tikə-tikə verər.

Çörəksizlikdə tapdığı çörəyi dörd yerə bölsə də, heç kimin payını kəsməz.

Kibrit çöpü kimi tez sönür gülüşü, amma onunla da sobasız bir evi isidər.

Azərbaycan qadını obrazı o qədər dərindir ki…

*

Azərbaycan kinosunda qadın obrazı uzun illərdir dəqiq və mübaliğəsiz təqdim olunub.

Məsələn, "Dəli Kür”də Cahandar ağa bacısını öldürəndən sonra meyiti yumağı qadına həvalə edir - onun ədalətinə, vicdanına sığınır.

1990-cı illərdən sonra isə qadın surəti daha realist çalarlar qazanır: Qarabağ müharibəsində ailəsini itirən, şəhər həyatının psixoloji yükünü daşıyan qadınlar ekranlara çıxır. Bu filmlər bir həqiqəti təbliğ edirdi:

Azərbaycan qadını güclüdür, əxlaqlıdır, nümunəvidir.

Amma indi "tabuları yıxmaq”, "müasirlik", "yenilik" adı ilə yayılan bəzi zərərli yanaşmalar qadın obrazına təhdid yaradır.

Keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayeva isə "Məhsəti” qısametrajlı filmində Məhsəti Gəncəvini müasir dünyaya əxlaqsız, eyyaş, əyləncə predmetinə çevrilmiş obraz kimi təqdim edir.

Bəs kimdir Məhsəti Gəncəvi?
Müqəddəs? - Xeyr.
Toxunulmaz? - Qətiyyən.
Bəs kim?

Onun adı "Qədim dövr Azərbaycan ədəbiyyatı” bölməsində göstərilir. Yəni 5–11-ci siniflərin ədəbiyyat proqramında Məhsəti Gəncəvi tədris edilir, imtahanlarda onunla bağlı suallar çıxır.
İllərdir Məhsətini öyrənən, lövhə önündə onun müdrikliyindən danışan şagird Suadın filmində bu obrazı görsə - hansı həqiqətə inanmalıdır?

Dünyanı gəzib-dolaşmaqdan bezən Suad Qarayevanın məqsədi nədir? Bu təqdimat kimə və nəyə xidmət edir?

Görünür, işimiz təkcə Ermənistandan Qarabağda basdırdıqları minaların xəritəsini tələb etməklə bitməyəcək.

Gənc beyinlərimizin altına səssiz-səssiz, barmağın ucu ilə yerləşdirilən minaların da xəritəsini tapmalıyıq.

Çünki bu minaların əksəriyyəti insan əleyhinədir - vətəndaşın düşüncəsinə, dəyərlərinə qəsddir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq