Qadın onu təbrik etməyən sevgilisini yandırdı

Qadın onu təbrik etməyən sevgilisini yandırdı
DÜNYA
13:14 23.12.2019
1285
Sevgilisini öldürməyə cəhd edən qadın saxlanılıb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, ABŞ-ın Arizona ştatında yaşayan 46 yaşlı Kathy Jones adlı qadın sevgilisini yandırmaq istədiyinə görə polis tərəfindən saxlanılıb.

KHOU yazır ki, qadın sevgilisini onu təbrik etmədiyinə görə öldürmək istəyib. Yeni restoranda işə qəbul olan Kathy otaq yoldaşını onu bu münasibətlə təbrik etmədiyinə görə yandırıb.

Saxlanılan qadın 15 min dollar ödəməklə azadlığa çıxa bilər.

Qeyd edək ki, qadın sevgilisinə xəsarət yetirərkən spirtli içkinin təsiri altında olub.
 

OXŞAR XƏBƏRLƏR