Qadın qonşu kişi tərəfindən döyülüb

Qadın qonşu kişi tərəfindən döyülüb
SOSİAL
23:39 09.05.2018
7636

Cəlilabad rayonunun Təzəkənd kəndində xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

AZXEBER.COM report.az-a istinadən bildirir ki, hadisə zamanı 1978-ci il təvəllüdlü yerli sakin İsmayılova Xoşbəxt Həzi qızı mübahisə zəminində qonşu kişi tərəfindən döyülüb.

Yaralı qadın müxtəlif xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR