Qadın şahmatçılarımız İstanbulda qələbə qazandılar

İDMAN
10:09 07.09.2012
1121
Türkiyənin İstanbul şəhərində keçirilən 40-cı dünya şahmat olimpiadasının növbəti turunda Azərbaycanın kişilərdən ibarət komandası Polşa, qadınlardan ibarət kollektivi isə Gürcüstan ilə qarşılaşıblar.Kişilərdən ibarət komandamızın Polşa kollektivi ilə yarışı 2-2 hesabı ilə nəticələnib. Teymur Rəcəbov Radoslav Voyajekə məğlub olub, Şəhriyar Məmmədyarov Bartoz Soskoya qalib gəlib. Qadir Hüseynov Bartlomiej Majeyka, Rauf Məmmədov Dariuj Svierj oyunları heç-heçə nəticələnib. Komandamız növbəti turda Ukrayna kollektivi ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR