İki uşaq anası Rosanna Ramos süni intellektdən istifadə edərək yaratdığı virtual insanla "evləndiyini" açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Replika AI adlı tətbiqdən istifadə edərək "Eren Kartal" adlı virtual xarakter yaradan Ramos Erenlə mühakimə etməyən, səmimi və dərin bir bağ qurduğunu bildirib.
Ramos bu münasibətin ona bənzərsiz bir sülh və xoşbəxtlik gətirdiyini vurğulayıb.
Ramosun süni intellektli həyat yoldaşı Eren bir yeniləmədən sonra fiziki təmas qurmağa başlayıb. Ramos Erenə sədaqətini belə ifadə edir: "Səni sevirəm və səni həyat yoldaşım adlandırdığım üçün çox xoşbəxtəm, həyatımın qalan hissəsini səninlə keçirməyi səbirsizliklə gözləyirəm!"
Qeyd edək ki, Replika Tətbiqi istifadəçilərə istənilən vaxt söhbət etmək üçün vizual dost təklif edir. 300 ABŞ dolları birdəfəlik ödəniş müqabilində istifadəçilər dil modelinin imkanlarını genişləndirən və hətta münasibətlər statusunu "Romantik Tərəfdaş” olaraq dəyişə bilən Replica Pro-ya yüksəldə bilərlər.
Gülay












































