Qadın sürücü Bakıda ağır qəza törətdi - Ölən var

Qadın sürücü Bakıda ağır qəza törətdi - Ölən var
SOSİAL
09:26 12.05.2026
203
Suraxanı rayonunun Zığ qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Bildirilib ki, qadın sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Vurulan piyada hadisə yerində həyatını itirib.

Qəza nəticəsində həyatını itirən şəxs "BakuBus"da sürücü işləyən İlqar Dəmir oğlu Əliyev olub.
OXŞAR XƏBƏRLƏR