Qarlı havada yol gedən jurnalist böyük “centilmenlik” nümunəsi ilə rastlaşıb
Türkiyədə qeyri-adi hadisə baş verib. Qarlı havada “centilmenlik” nümunəsinə şahid olan “Cihan” xəbər agentliyinin müxbiri bu qəribə anı videoya çəkib. Məlumata görə, gənc bir qadın qar səbəbindən yolda qalmış avtomobilin təkərinə zəncir taxır, yanında olan kişi isə əlləri cibində sadəcə ona tamaşa edirmiş. Qeyd edək ki, müxbirin, “Yorulmayasınız, deyəsən hazırlıqsız yaxalandınız?” – sualına kişi şəstlə, “Hə biraz elə oldu” – deyə cavab verir. Müxbirin təkrar, “Taxa bilirsinizmi?” – sualına qadın, “Yox yardım edin” – deyə cavab verir. Daha sonra qadın, “Deyəcəklər ki, özü dayanıb, zənciri qadına taxdırır” – deyir. Kişi isə, “Nə əlaqəsi var?” – deyərək qadına kömək etmək üçün əyilir.