Qadın təmizliyə getdiyi evdə cinsi əlaqəyə məcbur edildi

MARAQLI
15:11 11.11.2021
573
Qadın təmizliyə getdiyi evdə cinsi əlaqəyə məcbur edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda yaşayan özbək qadın Barçinoy.K ona təmizlik işi düzəldən Özkan.E-nin verdiyi ünvana gedib. Evə gedəndə qarşısında Özkan. E-ni görən qadın bıçaq zoruyla saxlanılıb. Özkan.E gənc qadını cinsi əlaqəyə məcbur edib. Bir anlıq boşluqdan istifadə edərək qaçan qadın kişini şikayət edib. Məlum olub ki, Özkan.E daha əvvəl də eyni üsulla bir qadını aldadıb.

İstanbul Sultanqazidə Özbəkistan vətəndaşı Barçinoy.K gündəlik işlərində işləmək üçün sosial şəbəkədə tanış olduğu Özkan.E ilə razılaşıb. Özünü daşınmaz əmlak agenti kimi təqdim edən şübhəli Özkan.E özbək qadını təmizlik işi üçün Yunus Emre Məhəlləsindəki mənzilə dəvət edib. Onun qeyd etdiyi ünvana gedərkən qadın gözləmədiyi mənzərə ilə qarşılaşıb.

Özkan.E işlə təmin olunacağı vədi ilə tələyə saldığı qadını mənzildə bıçaq qorxusu ilə saxlayıb, mobil telefonunu oğurlayıb. Baş verənlərdən təəccüblənən özbək qadın həmin şəxs onu cinsi əlaqəyə məcbur edəndə ikinci şok yaşayıb.

Özkan.E-nin əlində bıçaq olmasına baxmayaraq müqavimət göstərən qadın tapdığı bir anlıq boşluqla özünü küçəyə atıb. Qadın məhəllədəki ərzaq mağazasına sığınarkən, Özkan.E yoxa çıxıb.

"Sabah"ın xəbərinə görə, məhəlləni silkələyən hadisədən sonra işə başlayan Sultangazi Rayon Polis Şöbəsi Asayiş Büro qrupları şəxsiyyətini müəyyən etdiyi Özkan.E-ni saatlar ərzində yaxalayaraq nəzarətə götürüb. Məlum olub ki, şübhəli şəxs əvvəllər də polisdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı başqa bir qadını da eyni üsulla tələyə salaraq zorla pul tələb edib, sonra isə tutularaq həbsxanaya göndərilib.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR