İngilis Hava Yolları təyyarəsi ilə Yamaykanın paytaxtı Kinqstondan Londona gedən bir qadın sərnişin təyyarədə soyunduğu üçün nəzarətə alınıb.Adı açıqlanmayan 46 yaşlı qadın bərk sərxoş olub.ABŞ mediasının yazdığı xəbərlərə görə, adı açıqlanmayan 46 yaşlı qadın sərnişin təyyarə havadaykən üstündəki geyimləri çıxarıb öz-özünə cinsi məzmunlu davranışlar sərgiləməyə başlayıb. Həddindən artıq spirtli içki içmiş qadın xəbardarlıqlara baxmayaraq öz işində olub.