Qadın uçurumdan yıxılaraq öldü - bir neçə ay sonra faktlar üzə çıxdı

Qadın uçurumdan yıxılaraq öldü - bir neçə ay sonra faktlar üzə çıxdı
DÜNYA
11:29 19.12.2023
185
İyul ayında Türkiyənin Çanaqqala bölgəsinin Bozcaada rayonundakı Polente Fenerinin qayalarından yıxılaraq dünyasını dəyişən Yeşim Dəmirin evlilik təklifindən bir gün sonra sevgilisi Nizamettin Gürsu tərəfindən itələndiyi məlum olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Dəmirin ailəsi hadisənin təsadüfi deyil, "qətl” olduğunu bildirib. 

Hadisə ilə bağlı istintaq davam edərkən gənc qadının ailəsi qızlarının ölümünün qəza deyil, qətl olduğunu bildirərək Ezine Respublika Baş Prokurorluğuna müraciət ediblər. 

Cinayət şikayətində ailə "şübhəli" hesab etdikləri hər bir detalı təsvir edib. Qeyd ediblər ki, iyulun 6-da çəkilmiş fotodakı gənc qızın barmağındakı üzük Nizamettin Gürsünün üzərindən bir gün sonra, hadisə baş verən gün tapılıb. Ailə üzvləri qızlarının üzüyü çıxardığını, təklifi rədd etdiyini və hadisə baş verən gün dava olduğunu iddia ediblər. Hadisə yerində sınıq şüşələr  aşkarlandığını deyiblər. 

İddiaya görə, Nizamettin Gürsünün ailəsi və boşandığı birinci arvadı hadisədən bir ay əvvəl gənc qadına zəng edərək hədələyiblər. 

İstintaq nəticəsində dünən axşam saatlarında Dəmirin sevgilisi Nizamettin Gürsu Sakaryada saxlanılıb. Çanaqqalaya gətirilən Gürsu "qəsdən adam öldürmə” maddəsi ilə tutularaq həbsxanaya göndərilib. 

Oksana
OXŞAR XƏBƏRLƏR