Qadın voleybolçular arasında Azərbaycan çempionatında XIII tura start veriləcək

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XIII tura start veriləcək
İDMAN
10:03 27.02.2025
237

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XIII tura start veriləcək.

AZXEBER.COM xəbər verir ki, bütün oyunlar eyni gündə keçiriləcək.

Saat 16:00-da "Milli Aviasiya Akademiyası” "Abşeron"la üz-üzə gələcək. Saat 17:00-da UNEC "Azərreyl"i qəbul edəcək. Tura saat 18:00-da başlayacaq "Murov Az Terminal” - "Gəncə” görüşü ilə yekun vurulacaq.

Birinci və üçüncü matç Gənclər İdman Nazirliyinin Voleybol Mərkəzində, ikinci oyun isə UNEC Voleybol Klubunun idman zalında gerçəkləşəcək.

Qeyd edək ki, 12 turdan sonra "Abşeron" 32 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 27 xalla ikinci, "Azərreyl" 18 xalla üçüncü pillədə qərarlaşıb. "Gəncə" 17 xalla dördüncü, "Murov Az Terminal" 14 xalla beşincidir. Sonuncu - altıncı yerdəki UNEC-in xalı yoxdur.

OXŞAR XƏBƏRLƏR