Qadın yumurtahüceyrəsi spermatozoidi necə tutur? - HƏKİM RƏYİ

SAĞLAMLIQ
14:56 23.08.2011
3187

Alimlər mayalanmanın baş verməsi üçün yumurtahüceyrəyə yaxınlaşan spermatozoidin necə tutulduğuna cavab tapıblar. Bu kəşf bəzi sonsuz ailələrə uşaq qazanmaqlarına əlac olacaq. Qadın yumurtahüceyrəsi spesifik şəkər molekulu- sialil-Luis-x (SleX) saxlayır, bu maddə yumurtahüceyrənin qılafını (örtüyünü) təşkil edir. Spermatozoid başında yerləşən zülallar bu molekulu "tanıyır" və sanki maqnit kimi ona cəzb olunur. Bütün dünya alimləri bu suala 30 il ərzində cavab axtarırdılar. Tədqiqatçılar hesab edir ki, bu kəşf əvvəllər səbəbi izah olunmayan bəzi növ sonsuzluqların səbəbi ola bilər. Alimlərin bu nailiyyəti ailə cütlüklərində sonsuzluq probleminin diaqnostikasına kömək olacaq və bu ailələrin uşağa sahib olmalarına yardım edəcək. Ümumidünya Səhiyyə Təşkilatının məlumatına görə Yer kürəsi əhalisinin 15 %-i sonsuzluq problemindən əziyyət çəkir. Tədqiqatların yuxarıda qed etdiyimiz nəticəsi Science jurnalında yayımlanıb.

Arif Nuri 

OXŞAR XƏBƏRLƏR