Həkim Samirə Qələndərli uzun müddət ekran qarşısında çalışan şəxslərə göz yorğunluğunu azaltmaq üçün 20-20-20 qaydasına əməl etməyi tövsiyə edib.
AZXEBER.COM xəbər verir ki, həkimin sözlərinə görə, bu qaydaya əsasən, hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr uzaqlıqda yerləşən obyektə baxmaq lazımdır. Bu üsul göz əzələlərinin rahatlamasına və göz quruluğunun azalmasına kömək edə bilər.
Samirə Qələndərli, həmçinin kompüter və digər elektron cihazların ekranını gözlərdən 50–70 santimetr məsafədə saxlamağın, düzgün oturuş qaydalarına əməl etməyin və gün ərzində kifayət qədər su içməyin vacibliyini vurğulayıb.
Həkim göz sağlamlığının qorunması üçün ildə ən azı bir dəfə oftalmoloq müayinəsindən keçməyi də tövsiyə edib.
Cəmalə











































