15 Sentyabr 2011 ci il tarixində , Media Mərkəzində Təmiz Dünya Qadınlara yardım ictimai birliyinin tədbiri keçiriləcək. Son dövrlərdə artan ailədaxili zorakılıq nəticəsində törədilən qətllər, zorakılıqla üzləşmiş azyaşlı uşaqların fiziki və psixoloji vəziyyəti cəmiyyətdə və mətbuatda böyük həyəcana səbəb olur.
Təmiz Dünya Qadınlara yardım ictimai birliyinin keçirəcəyi tədbirdə, zorakılıqla mübarizədə ictimai qınağın, polislə birgə işin müsbət effekt verə biləcəyindən danışılacaq. Ailədaxili zorakılığın, buna səbəb olan vəziyyətlərin aradan qaldırılmasına yardım məqsədi ilə sosial mərkəzlərin açılmasının vacibliyi ,həmin mərkəzlərə işçilərin hazırlanması qeyd olunacaq. Tədbirdə məişət zorakılığı haqda qanuna əlavə və dəyişikliklər, zorakılığa məruz qalmış qadınların polisə müraciət etmələri ilə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsi , polisə müraciət edən qadınların pulsuz hüquqi yardımla təmin olunması üçün polislə birgə iş müzakirə olunacaq.