Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ

SOSİAL
11:15 26.04.2019
10917
Bakıda kişi sevgilisini bıçaqlayıb.
 
AZXEBER.COM-un Lent.az-a istinadla verdiyi məlumata görə, hadisə ötən gün Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini 1978-ci il təvəllüdlü  Firəngiz Abdullayeva onunla eyni evə qeyri-rəsmi ər-arvad münasibətində olduğu  1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.
 
Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR