Cinayətkardan ağlasığmaz addım: Külli miqdarda narkotiki pişiyin paltarında gizlətdi

Cinayətkardan ağlasığmaz addım: Külli miqdarda narkotiki pişiyin paltarında gizlətdi
DÜNYA
12:00 14.04.2023
252
Rusiya Daxili İşlər Nazirliyi polis əməkdaşlarının narkotik alverçisi qadını yaxaladığını bildirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şübhəlinin 170 qram metamfepramonu ev heyvanı pişiyinin paltarında gizlətdiyi açıqlanıb.
 
Narkotik alverində şübhəli bilinən şəxs şəhərətrafı ərazilərin birində cinayət başında yaxalanıb.

Polisin verdiyi açıqlamaya görə, o, şübhə doğurmamaq üçün azyaşlı qızı və körpəsini gəzməyə verən ana kimi davranıb.

Daxili İşlər Nazirliyinin yaydığı kadrlarda polis əməkdaşlarının əynində tam uşaq paltarı, o cümlədən isti kombinezon, trikotaj papaq və hətta uşaq bezi olan pişiyi soyundurduğu əks olunub.
 
Axtarış zamanı polis pişiyin paltarından qeyri-qanuni stimullaşdırıcı maddə olan metamfepramon olduğu üzə çıxan 5 paket maddə götürüb.

Qeyd edək ki, qadının kirayə götürdüyü mənzildə rəqəmsal tərəzi, narkotik qablar və daha çox qanunsuz maddələr də daxil olmaqla digər sübutlar tapılıb.
 
Gülay

OXŞAR XƏBƏRLƏR