Qadından dəhşətli əməl: Narkotik istifadəçisi oğlunu güllələdi

Qadından dəhşətli əməl: Narkotik istifadəçisi oğlunu güllələdi
DÜNYA
00:20 15.12.2022
601
 Ana narkotik istifadəçisi oğlunu güllələyib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda ana narkotik istifadəçisi olan oğlunu güllələyib.

Hadisə İstanbulun İstinye bölgəsində baş verib. Belə ki, axşam saatlarında mağazasını bağlayan Memnune Keleş evinə gəlib.

Qapını açanda güclü narkotik iyi alan və tüstü görən qadın əsəbiləşərək oğlu Cihan Keleşin otağına daxil olub. İçəridə rəfiqəsi ilə narkotiklə məşğul olduğunu görən qadın oğlunun dostunu evdən qovub.
 
Bu vəziyyətdən qəzəblənən Cihan Keleş anasını "işimi necə korladın?” deyərək söyüb və təhqir edib. Bununla da qalmayıb, gənc bıçaq götürərək anasına tərəf addımlayıb. Qorxu içində zala daxil olan qadın əri Mustafa Keleşdən polisi çağırmasını istəyib. Ərinin icazəli tapançasını tapan qadın ona tərəf gələn oğluna tapança ilə atəş açıb.
 
Sinəsindən güllə yarası alan və çarəsiz halda evdən çıxan Cihan Keleş bir neçə addım atdıqdan sonra yerə yıxılıb. Ağır yaralanan Cihan Keleş əmisinin maşını ilə İstinye Dövlət Xəstəxanasına aparılıb. Dərhal əməliyyata alınan gənci bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.
 
Günel
OXŞAR XƏBƏRLƏR