Qadını ABŞ-a viza düzəltmək adı ilə aldadıb 14 min dollarını aldılar - Bakıda

Qadını ABŞ-a viza düzəltmək adı ilə aldadıb 14 min dollarını aldılar - Bakıda
SOSİAL
22:47 07.12.2018
5500
Bakıda Türkiyə vətəndaşı azərbaycanlı qadına qarşı dələduzluq edib.

AZXEBER.COM-un trend-ə istinadən məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Piriyeva Şəhla Sabir qızı polisə müraciət edərək bildirib ki, 2018-ci ilin fevral ayında Türkiyə vətəndaşı Mehmet adlı şəxs Amerika Birləşmiş Ştatlarına viza düzəltmək adı ilə onu aldadaraq Qara Qarayev prospekti, 64 ünvanında, "Ailə market"in qarşısında ondan 14 min dollar alıb.

Faktla bağlı araşdırmalara başlanıb.
OXŞAR XƏBƏRLƏR