Qadını döyüb, gözünə kimyəvi maddə səpdilər - Azərbaycanda görülməmiş vəhşilik

SOSİAL
13:36 06.07.2016
7234

Şəmkirdə qadın döyülüb.

APA-nın verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1973-cü il təvəllüdlü Zoya Zeynalova müxtəlif bədən xəsarətləri və gözün kimyəvi yanığı əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Z. Zeynalova qonşuları ilə dava zamanı döyülüb və onun gözünə kimyəvi maddə səpilib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR