Yeni araşdırmalar göstərir ki, həyat yoldaşının fikir və tövsiyələrinə dəyər verən kişilər münasibətlərində daha möhkəm və sağlam bağlar qururlar.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər bu tendensiyanı ailədaxili anlaşma və qarşılıqlı hörmətin güclənməsi ilə əlaqələndirirlər.
Amerika Psixologiya Assosiasiyasının keçirdiyi genişmiqyaslı sorğuya əsasən, qadınların fikirlərini nəzərə alan kişilərin ailə həyatında konfliktlərin sayı daha az olur, emosional yaxınlıq isə daha yüksək səviyyədə müşahidə olunur.
Araşdırma nəticələrinə görə, bu cür münasibətlərdə qadınlar özlərini daha güvəndə hiss edir, qərarlar isə daha çox qarşılıqlı razılaşma ilə verilir.
Ailə psixoloqları bildirir ki, münasibətlərdə qarşı tərəfin fikrinə dəyər vermək həm emosional sabitlik, həm də uzunmüddətli birlik üçün vacibdir. Xüsusilə kişilər bu sahədə daha açıq və anlayışlı olduqda ailə bağları güclənir.
Aysel