Qadının sümüklərini sındırıb kanala atdılar - FOTO

KRİMİNAL
12:47 25.06.2014
5813
Xızı rayonunda tapılmış meyit dəhşətli cinayətdən xəbər verir. 
Milli.Az xəbər verir ki, meyitin qabırğaları, beyin sümüyü dəyənəklə sındırılıb. Təxminən 30-40 yaşlarında olan qadın meyiti Sitalçay kəndi ərazisində Samur-Abşeron kanalından tapılıb.
Şişmiş vəziyyətdə olan meyit kanaldakı su nasosunun dəmir süzgəcinə ilişərək qalıb. Sakinlər meyiti görüb polisə məlumat veriblər.
Xızı Rayon Polis İdarəsindən bildirildi ki, mərhumun təxminən bir həftə əvvəl döyülərək öldürüldüyü ehtimal olunur. Onun qabırğaları sınmış, bədəninin müxtəlif yerləri dəyənəklə əzilmiş, başı əzilmiş və qansızmalar var. Hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir.
Fakta görə Xızı rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 120.1-ci maddəsi ile cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR