Qadınlar çox yaşayır, yoxsa kişilər?

Qadınlar çox yaşayır, yoxsa kişilər?
11:23 15.03.2013
1042
Avropada kişilər qadınlardan az yaşayır. Bu barədə BBC Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadla məlumat yayıb. Hesabatda dünyanın 53 ölkəsindən 9 miyon insanın məlumatları tədqiq edilib.Araşdırma nəticəsində müəyyən edilib ki, cinslər arasında ömür fərqi orta hesabla 7,5 il təşkil edir. Burada hesab heç də kişilərin xeyrinə deyil. Məsələn 2010-cu ildə Avropada qadınlar orta hesabla 80 il, kişilər isə 72,5 il yaşayırdılar. Bu fərqi alimlər həyat tərzi və iş şəraitinin fərqli olması ilə izah edirlər.Ekspertlərin sözlərinə görə, qadınlarla kişilərin ömür göstəriciləri arasında fərq daha çox Belarus, Estoniya, Qazaxıstan, Litva, Monteneqro, Rusiya və Ukraynada, ən az isə İsrail, İslandiya, Hollandiya, İsveç və Britaniyadadır.
OXŞAR XƏBƏRLƏR