Qadınlar dəniz kənarında futbol oynayacaq - 'Xəzər' Kuboku

İDMAN
13:24 27.08.2012
1487

Ölkəmizdə qadınlararası çimərlik futbolu üzrə ilk “Xəzər kuboku” turnirinə start verilib.

AZXEBER.COM xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), Azərbaycan Çimərlik Futbol Federasiyası (AÇFF), “İrəli” İdman Mərkəzi və “NIKE” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Layihə sentyabrın 11-dən start götürəcək. Qeyd edək ki, turnir gənclər təşkilatları, özəl qurumları təmsil edən 8 komandanın iştirakı ilə keçiriləcək. Qaliblər isə kubok və hədiyyələrlə təltif olunacaqlar. Turnirdə iştirak etmək istəyən komandaların nümayəndələri sentyabrın 5-dək www.ireli.az saytının elanlar bölməsində yerləşdirilən elektron ərizə formasını doldurmaları mümkündür.

OXŞAR XƏBƏRLƏR