ABŞ-da 2 min qadın arasında keçirilən anket sorğusunun nəticələri hər kəsin təəccübünə səbəb olub.
AZXEBER.COM “Posta”ya istinadən xəbər verir ki, anketin nəticələrinə görə qadınlar ümumilikdə ilin 327 saat 28 dəqiqəsini gözəl görünmək üçün sərf edirlər. Bu isə ümumilikdə 26 gün edir.
Araşdırmanın nəticəsinə görə, qadınlar 26 günü makiyaja, saunaya, saç baxımına xərcləyir. Nəticələrə görə, bir qadının bir həftə ərzində gözəl görünmək üçün sərf etdiyi zaman isə 12 saat 4 dəqiqədir. Qadınlar bu zamanın böyük hissəsini saçlarına görünüş vermək üçün xərcləyirlər.