Qadınlar kişiləri necə seçir: yaraşığına, yoxsa puluna görə?

MARAQLI
11:03 02.12.2011
1619

Alimlər müəyyən ediblər ki, qadın özünə tərəf-müqabil seçərkən kişinin maliyyə durumu onun üçün əsas rol oynayır. Qadınlar yaraşıqlı deyil, pulu çox olan kişiyə daha çox üstünlük verirlər. Belə bir proqram qadının təhtəlşüurunda gizlənir.

Məsələ bundadır ki, ana olmağa, uşaq böyütməyə və onların qayğısını çəkməyə hazırlaşan qadın qeyri-iradi daha imkanlı kişi axtarıb tapmağa çalışır. Kişinin bacarıqlı olması onun fiziki gücü və görkəmi ilə deyil, pul kisəsinin vəziyyəti ilə ölçülür.

Kolumbiya Universiteti (ABŞ) alimlərinin gəldikləri qənaətə görə, tosqun kişilər zərif cinsin nümayəndələrinin gözündə öz çəkilərinə yalnız maliyyə imkanları ilə bəraət qazandıra bilərlər. Bunun üçün kişi hər dəfə bədən kütləsi indeksi artdıqca, öz illik gəlirini 2 faiz artırmalıdır.

Miçiqan Universitetinin əməkdaşları ötənilki tədqiqatlar zamanı müəyyən etmişlər ki, intellekt əmsalı aşağı olan qadınlar zəngin tərəf-müqabil axtarmağa daha çox meyllidirlər. Burada söhbət məhəbbətdən əsla gedə bilməz, çünki öz ağlı ilə pul qazanmaq, o cümlədən karyera qurmaq iqtidarında olmayan qadın onun və uşaqlarının maliyyə sabitliyinə zəmanət verən tərəf-müqabil axtarır.

//milli.az

OXŞAR XƏBƏRLƏR