Azərbaycanda qadınları zorlayanlar bağışlanacaq? – Türkiyədəki qanun bizdə qəbul olunarsa...

SOSİAL
16:17 22.11.2016
4352

Son günlər Türkiyə Böyük Millət Məclisində müzakirə olunan "təcavüz etdiyi şəxslə evlənsə, həbs olunmayacaq” qanun layihəsinə münasibət həm Türkiyə cəmiyyətində, həm də Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.

Bəs belə bir qanun Azərbaycanda qəbul oluna bilərmi? Qəbul olunarsa hansı problemlərlə üzləşə bilərik?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu qanunun qadın hüquqlarının zorlanması olaraq qəbul etdiyini söyləyib:

 


 

"Azərbaycanda belə bir qanunun qəbulu mümkünsüzdür. Çünki Azərbaycanda evlilik yaşı 18-dir. Əgər azyaşlının zorlanması və onun evliliyə cəlb olunması qanunu qəbul olunsa, gərək biz bir çox qanunları ləğv edək. Bizdə erkən nigah və məcburi nigah cinayət sayılır”.

Ekspertin sözlərinə görə, sözügedən qanunun müzakirəsi belə cəmiyyətdə ciddi etirazlara səbəb ola bilər:

"Ən əsasıda mənəvi tərəfdən yanaşsaq, zorlanmış şəxs ömrünün axırına qədər onu zorlayan adamla xoşbəxt ola bilməyəcək. Onlar məcburi olaraq yaşayacaqlar. Əgər biz faciə istəyiriksə, yeni qətillər istəyiriksə, qadının ərini öldürməsini istəyiriksə o zaman bu qanuna zamanı gələndə qol çəkərik.

Düşünürəm ki, bu qadın hüquqlarına ziddir. Hətda belə bir qanunu müzakirəyə çıxarmaq onunla bağlı fikir söyləmək qanunlarımıza hörmətsizlik olar”.

M.Zeynalovanın sözlərinə görə, zorlanma hadisələrindən sonra evlilik halları ilə tez-tez rastlaşıb. Belə ki, ailələr bir araya gələrək mövcud biabırçılıqdan yaxa qurtulmaq, "namus”un təmizlənməsi adı ilə zoralanan qızla onu zorlayan şəxsin evliliyinə razılıq verirlər. Ancaq bu evliliyin sonu çox vaxt faciə ilə nəticələnir:

"Hansısa biabırçılığı ört-basdır etmək üçün ailələr arasında razılıq olub. Amma nəticə çox vaxt faciəvi olur. Zorlamadan sonra dünyaya gələn uşaqların pisixi durumunun hansı vəziyyətdə olacağını təsəvvür edirsiniz? Bu cür ailələri tapıb onların uşaqlarının tibbi diaqnozuna baxsanız görəcəksiniz ki, dediklərim həqiqətdir. Bu dediklərimi elmi əsaslarla da sübut etməyə hazıram” .

İB sədrinin sözlərinə görə, Azərbaycanda son illər cinsi zorakılığa daha çox gənc qızlar məruz qalırlar:

"Çox təəssüf ki, getdikcə zorlanmayla bağlı edilən müraciətlərin sayında ciddi artım müşahidə olunur. Hazırda gənc qızların zorlanması faktları ilə daha çox qarşılaşırıq. Onlar ailələrinin, ətraflarının bu hadisədən xəbərdar olmamaları üçün hüquq-mühafizə orqanlarına mürəciət etməkdən çəkinirlər”.

İlahiyyatçı Elşad Miri də sözügedən qanun layihəsinin Azərbaycanda qəbul edilməsinin mümkünsüzlüyünü söyləyib. O dində peyğəmbərin 9 yaşlı Aişə ilə ailə həyatı qurması ilə bağlı bəzi dindarların söylədiklərini yalnızca cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, bu yalanları uyduranlar məhz bu cür qanunların qəbul edilməsi ilə öz istəklərini reallaşdırmağa çalışanlardır.


 

"Guya peyğənbərimiz özü 53 yaşında olanda 9 yaşlı Ayişə ilə evlənib. Bütün bunlar uydurmadır və peyğənbər özü heç bir qızını nə 6, nə də 9 yaşında ərə verməyib.

Bu gün belə iddia edirlər ki, azyaşlıların ərə verilməsində heç bir problem yoxdur. Amma Qurana istinad edilən ayələrə baxdığımız zaman Allahın göndərdiyi dində heç bir ayə və yaxud göstəriş yoxdur.

Təcavüzünsə xüsusi cəzası var. Zina başqadır, təcavüz başqadır. Bunların hər ikisinin cazası dində ayrıdır. "Qurani-Kərim”in Nur surəsinin ikinci ayəsi bununla bağlı şamil olunub. Zina bir cəzadırsa, təcavüz iki cəza sayılır. 4 şahid olarsa bunun cəzası döyülməklə verilir”.

Dursun

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb