Xəbər verdiyimiz kimi, bu gün “Qafqaz” Universitetinin təsisçisi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edərək, bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Universitetin bağlanmasından sonra cəmiyyəti ən çox düşündürən məsələ bu təhsil ocağında təhsil alan tələbələrin aqibəti ilə bağlıdir.
AZXEBER.COM məsələylə bağlı təhsil eksperti Kamran Əsədovdan açıqlama alıb. O deyib ki, tələbələr başqa təhsil ocaqlarına köçürüləcək:
Azərbaycan müstəqillik əldə etdiyi 25 il ərzində bu tipli kifayət qədər hadisələr baş verib. İndiyə qədər qarşılaşdığımız təcrübə ondan ibarətdir ki, bu tələblər daha çox özəl ali təhsil müəssisələrində təhsillərini davam etdiriblər. Bu zaman əlbəttə ki, yüksək bal toplamış tələbələrin hüquqları nisbətən pozulmuş olur. Əsas məsələ odur ki, tələbələrin təhsili həmişə ölkə rəhbərliyinin diqqəti mərkəzində olub.
Ona görə də, hesab edirəm ki, digər bağlanan təhsil müəssisələrindən fərqli olaraq, Qafqaz Universitetində təhsil alan tələbələrin aqibəti fərqli olacaq və onlar dövlət universitetlərinə də köçürüləcək".
AZXEBER.COM
