Qafqaz Universiteti tələbələrinin aqibəti necə olacaq? - Ekspert cavab verir

Qafqaz Universiteti tələbələrinin aqibəti necə olacaq? -  Ekspert cavab verir
SOSİAL
15:38 20.07.2016
4693

Xəbər verdiyimiz kimi, bu gün “Qafqaz” Universitetinin təsisçisi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edərək, bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Universitetin bağlanmasından sonra cəmiyyəti ən çox düşündürən məsələ bu təhsil ocağında təhsil alan tələbələrin aqibəti ilə bağlıdir.

AZXEBER.COM məsələylə bağlı təhsil eksperti Kamran Əsədovdan açıqlama alıb. O deyib ki, tələbələr başqa təhsil ocaqlarına köçürüləcək:

"Azərbaycan Respublikası Konstitusiyasının və təhsil haqqında qanunun tələblərinə görə təhsil alan tələbələrin təhsili davamlı olaraq həyata keçirilir. Əgər bu vəya digər səbəbdən təhsil müəssisələrini öz fəaliyyətini davam etdirə bilmirsə, bu zaman ölkə ərazisində qəbulu həyata keçirən orqan tərəfindən qanuni əsaslarla qəbul olunmuş tələblər eyni statusa malik olan digər təhsil müəssisələrinə köçürülür. 
Azərbaycan müstəqillik əldə etdiyi 25 il ərzində bu tipli kifayət qədər hadisələr baş verib. İndiyə qədər qarşılaşdığımız təcrübə ondan ibarətdir ki, bu tələblər daha çox özəl ali təhsil müəssisələrində təhsillərini davam etdiriblər. Bu zaman əlbəttə ki, yüksək bal toplamış tələbələrin hüquqları nisbətən pozulmuş olur. Əsas məsələ odur ki, tələbələrin təhsili həmişə ölkə rəhbərliyinin diqqəti mərkəzində olub. 
Ona görə də, hesab edirəm ki, digər bağlanan təhsil müəssisələrindən fərqli olaraq, Qafqaz Universitetində təhsil alan tələbələrin aqibəti fərqli olacaq və onlar dövlət universitetlərinə də köçürüləcək".
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR