Qafqaz Universitetində FETÖ əməliyyatı: 50-yə yaxın rəsmi şəxs işdən çıxarıldı

Qafqaz Universitetində FETÖ əməliyyatı: 50-yə yaxın rəsmi şəxs işdən çıxarıldı
SOSİAL
17:07 09.08.2016
4843
50-dək türk vətəndaşı vəzifədən uzaqlaşdırıldıİyulun 20-də Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilən Qafqaz Universitetində təmizləmələrə başlanıb. Artıq universitetin idarəedici personalına daxil olan 50-yə yaxın Türkiyə vətəndaşı rəsmi əmrlə vəzifələrindən alınıblar. Onlardan bir neçəsi dərhal ölkəni tərk edib, digərlərinin də yaxın günlərdə Azərbaycandan çıxacaqları gözlənilir.Bu məlumatı uzun illərdir Qafqaz Universitetində dərs deyən və dünən vəzifəsindən azad edilən müəllimlərdən biri verib.O deyib ki, Qafqaz Universiteti iyulun 20-də Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilsə də, pedaqoji heyətin fəaliyyətini olduğu kimi davam etdirəcəyi gözlənilirdi: “Ancaq dünən səhər qəfildən Elmar Qasımovun əmri ilə Qafqaz Universitetinin idarəedici personalına və həmçinin pedaqoji heyətə daxil olan 50-yə yaxın Türkiyə vətəndaşı vəzifələrindən azad edildi. Onlardan bəziləri, o cümlədən keçmiş rektor Ahmed Saniç artıq ölkəni tərk edib. Biz də yol üstəyik, yaxın günlərdə Azərbaycandan köçəcəyik”.Xatırladaq ki, Qafqaz Universiteti Azərbaycanda 1 may 1993-cü ildən fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçib. 2002-ci ilin 20 avqustunda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə lisenziya da verilib. 1995-ci ildən başlayaraq Universitet uzun illər tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edib.Bu il Türkiyədəki 15 iyul hadisələrindən sonra Ərdoğan hakimiyyətinin tələbi ilə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Fətullah Gülən şəbəkəsinə daxil edilən məktəblərin fəaliyyətinin təftişinə və qapadılmasına başlanılıb.Qafqaz Universitetinin idarəedici heyəti də Gülənə yaxınlıqda suçlandırıldığından, Azərbaycan hakimiyyəti Türkiyənin rəsmi qurumlarının istəyinə cavab olaraq, dərhal bu ali təhsil ocağını BANM-in idarəçiliyinə verdi.Hazırda idarəedici heyət vəzifəsindən uzaqlaşdırılsa da, ali məktəbin tələbələrinin taleyi naməlum olaraq qalmaqdadır… (Strateq.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır