Qafqaz Universitetinin tələbələri üçün təhsil haqqı necə olacaq?

Qafqaz Universitetinin tələbələri üçün təhsil haqqı necə olacaq?
SOSİAL
17:03 31.01.2017
1081

Növbəti tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində təhsil haqları ilə bağlı müvafiq qərar qəbul olunacaq.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov APA-ya bildirib ki, Bakı Mühədnislik Universitetində təhsil haqlarının necə olacağı həm Qafqaz Universitetinin tələbələri, həm də valideynlərini müəyyən qədər narahat edən məsələlərdən biridir. Onun sözlərinə görə, ödəniş haqqı cari tədris ili üçün sabit olaraq qalacaq: "Amma növbəti tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində təhsil haqqı ilə bağlı müvafiq qərar qəbul olunacaq. Burada tələbələrin xeyrinə qərar veriləcək. Yeni yaradılan ali məktəbdə tələbələr digər dövlət ali təhsil müəssisələrində olduğu kimi həm ödənişli, həm də dövlət sifarişi ilə təhsil ala biləcəklər. Ancaq Bakı Mühəndislik Universitetində təhsil haqqı ilə bağlı məsələ növbəti tədris ilindən qəbul planı planlaşdırılanda öz həllini tapacaq”.

 

 

Nazirlik rəsmisi yeni yaradılan ali məktəbdə Qafqaz Universitetində olan bütün ixtisasların olub-olmayacağına da aydınlıq gətirib. S.Gözəlov vurğulayıb ki, dünya təcrübəsi və təhlillər göstərir ki, texniki yönümlü universitetlər geniş profilli ixtisaslar üzrə kadr hazırlayır, həm iqtisadiyyat-idarəetmə, həm müəllimlik, həm də humanitar sahələr üzrə kadr hazırlığı ilə məşğul olurlar: "Yəni, müəllimlik, iqtisadiyat-idarəetmə, texniki-texnoloji ixtisaslar üzrə təhsil alan tələbələrin bir ali məktəbdə oxuması təəccüblü görünməsin. Müəllimlik ixtisası üzrə təhsil alan tələbələr təhsillərini başa vurana qədər bu universitetdə tədrislərini davam etdirəcək. Əgər onlardan kimsə yay tətilindən sonra başqa bir dövlət universitetinə köçürülmək istəyəcəksə, o, transfer.edu.az saytına müraciət edərək ümumi qaydada digərinə köçürülə bilərlər. Amma düşünürəm ki, belə istəkdə olan tələbələrin sayı praktiki olaraq olmayacaq. Lakin növbəti tədris ilindən Bakı Mühəndislik Universitetinin müəllimlik, pedaqoji ixtisaslarına qəbul dayandırılacaq. Ali məktəbə yalnız texniki-texnoloji və iqtisadiyyat-idarəetmə ixtisasları üzrə tələbə qəbulu aparılacaq. Yalnız pedaqoji ixtisaslar üzrə qəbul nəzərdə tutulmayacaq”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
22:25 11.03.2026
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR